“Azərbaycan torpaqlarının hər qarışı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq”
695 dəfə baxılıb
“Seyran Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq”.
“Sələf Xəbər” Musavat.com-a istinadən məlumat verir ki, bunu Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın münaqişənin həlli ilə bağlı Azərbaycana güzəştə getməmək mülahizələrinə münasibət bildirərkən Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirlik bəyan edib ki, münaqişənin sülh yolu ilə yeganə həlli isə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır: “Əks təqdirdə, Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və Ordumuzun qüdrəti ilə işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq”.
Sələf Xəbər: Ey vətənimizin qəhrəman əsgərləri, bilin ki, Uca Allah Qurani-Kərimdə düşmən qarşısında sabitqədəm olanları belə tərif edir: “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Qurani-Kərim, “əs-Saff” surəsi, 4-cü ayə)
Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi tezliklə qaytarmaqda bizə yardımçı olsun… Amin!