Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan Türkiyə və Səudiyyə Ərəbistanı ilə birgə təlimlərdə iştirak edir

May 20
17:40 2016

“Efes-2016” iyunun 1-də başa çatacaq.

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən “Efes-2016” beynəlxalq təlimində iştirak edirlər.

“Sələf Xəbər” bu barədə Oxu.Az-a istinadən məlumat verir.

Məlumata görə, mayın 15-dən iyunun 1-dək davam edəcək və İzmirdə keçirilən tədbirdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edirlər.

Qeyd edək ki, tədbirə həmçinin ABŞ, Almaniya, Qətər hərbçiləri də qatılıblar.

Səudiyyə ordusunun polkovniki Əli Məhəmməd əl-Şəhrinin sözlərinə görə, təlimin məqsədi “beynəlxalq təhlükəsizlik və sabitliyin, iştirakçı ölkələrin həmrəyliyinin, terror qruplaşmalarına qarşı mübarizəyə hazırlığının gücləndirilməsidir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər