Azərbaycan və BƏƏ müzakirələrə başlayacaq
1. 075 dəfə baxılıb
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) birgə əməkdaşlığın inkişafı yollarını müzakirə edəcək. Danışıqlar BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla Bin Zayed Əl Nahayanın Azərbaycana bu ilin aprel ayına nəzərdə tutulmuş səfəri zamanı keçiriləcək.
Selefxeber.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov bildirib. Səfir qeyd edib ki, BƏƏ Azərbaycanın Yaxın Şərq və Fars körfəzi regionunda vacib tərəfdaşlarından biridir. Eyni zamanda, Azərbaycan da bu ölkənin Qafqazdakı başlıca tərəfdaşıdır.
Onun sözlərinə görə, hər iki ölkə İƏT, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
Diplomat bildirib: “Biz dərin məmnunluq hissi duyuruq ki, BƏƏ bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarda Azərbaycanın ədalətli mövqeyini birmənalı olaraq dəstəkləyir”.