Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan və ərəb ölkələri arasında mədəni əlaqələrin inkişafı müzakirə edilib – FOTO

Noyabr 04
18:46 2015

Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilən ISESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bir sıra ikitərəfli görüşlər keçirib.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Mədəniyyət və Turizm Nazirliyindən daxil olan məlumata görə, Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya naziri Adel bin Zaid Əl Toraifi ilə keçirilən görüşdə hər iki ölkə arasında mədəniyyət haqqında sazişin şərtlərinə baxılması müzakirə edilib. Adel bin Zaid Əl Toraifi, öz növbəsində, Ə.Qarayevi bu ilin dekabr ayında Krallığın Ciddə şəhərində keçiriləcək “Beynəlxalq kitab sərgisi”nə dəvət edib və bildirib ki, o, Azərbaycan ədəbiyyatı və incəsənəti ilə tanışdır.

Ə.Qarayev həmkarını bu vəzifəyə yeni təyin olunması münasibətilə təbrik edib, tanışlıqdan məmnunluğunu ifadə edib və ölkəmizdə keçiriləcək ISESCO İcraiyyə Şurasının iclasına və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna dəvət edib.

Küveyt Dövlətinin informasiya, gənclərlə iş üzrə dövlət naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahla görüş zamanı iki ölkə arasında mövcud mədəni əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə edilib. Küveytli nazir bildirib ki, ölkəsində yeni olaraq turizm və mədəniyyət sahəsi birləşərək vahid qurum yaradılır və gələcəkdə əməkdaşlıq çərçivəsində ölkəmizlə təcrübə mübadiləsi aparıla bilər. Ə.Qarayev Azərbaycanın bu əməkdaşlıqdan məmnunluğunu bildirib.

Qətər Dövlətinin mədəniyyət, İncəsənət və İrs naziri Həməd bin Əbdüləziz əl-Kavan ilə keçirilmiş görüşdə isə iki ölkə arasında mədəniyyət əlaqələrinin inkişafı nəzərdən keçirilib və İslam irsinin dünyada daha da tanıdılmasında birgə əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

Mədəniyyət və Turizm naziri Ə.Qarayevlə Misirin Mədəniyyət naziri Muhəmməd Saber İbrahim arasında keçirilən görüşdə gələcəkdə iki ölkə arasında mədəni əlaqələrin mübadiləsi müzakirə olunub. Azərbaycanlı nazir həmkarını ölkəmizə səfərə dəvət edib.

ISESCO-nun baş katibi, İran İslam Respublikasının Mədəniyyət və İslami irşad naziri Əli Cənnəti ilə keçirilmiş görüşdə də iki ölkə arasında nəzərdə tutulan qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin təfərrüatları müzakirə edilib. Ə.Qarayev bu tədbirlərin yüksək səviyyədə təşkilinə əmin olduğunu bildirib.

📷

20151103_na5 20151103_na1 20151103_na2 20151103_na4

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)

“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər