Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan və Ermənistan dünyanın ən güclü ordularının reytinqində

Avqust 31
18:09 2017

Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 58-ci yeri tutub.

Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” xəbər verir ki, bu barədə Global Firepower təşkilatının elektron səhifəsində bildirilib.

Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 93-ci pillədə qərarlaşıb.

İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir.

Global Firepower Index reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

Digər xəbərlər