Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilə bilər
Mart 19
17:23
2016
614 dəfə baxılıb
Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonu ABŞ-da görüşü keçirilə bilər.
Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində görüşə bilərlər.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.
Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə ABŞ hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər.
Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın tezliklə geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!