Azərbaycan və Ermənistan XİN başçıları ATƏT-in qeyri-rəsmi iclası zamanı görüşməyi planlaşdırır
İyun 30
17:46
2017
959 dəfə baxılıb
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan iyulda görüşməyi planlaşdırır.
Selefxeber.az-ın məlumatına görə, “Report” xəbər verir ki, müvafiq təklifi bu yaxınlarda regiona səfər zamanı ATƏT-in Minsk qurpunun həmsədrləri irəli sürüb.
İki ölkənin xarici işlər nazirlərinə iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində görüşmək təklif edilib.
Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçilərin də bu görüşdə iştirak edəcəyi gözlənilir.
Ermənistan KİV-inin yazdığına görə, E.Nalbandyan XİN başçılarının görüşünün yaxın zamanlarda ola biləcəyini təsdiqləyib.