Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan və Səudiyyə Ərəbistanı əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Aprel 15
17:52 2016

Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Türkiyənin İstanbul şəhərində keçirilən Zirvə toplantısında iştirakı çərçivəsində Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Əl-Cubeyr ilə görüşüb.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən və İƏT çərçivəsində birgə fəaliyyətdən məmnunluq ifadə olunub və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazirlər iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə nümayəndə heyətlərinin mübadiləsi, XİN-lər arası təmasların artırılması və yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini bildiriblər.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər