Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan və Səudiyyə İnkişaf Fondu su təchizatı layihəsi üzrə kredit sazişi imzalayıblar – FOTO

İyul 07
12:09 2014

Trend xəbər verir ki, iyulun 3-də Nazirlər Kabinetində Azərbaycan və Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə kredit sazişi imzalanıb.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imzalanma mərasimində Baş nazirin müavini Abid Şərifov Azərbaycanla Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib: “Azərbaycan hökuməti müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrasında beynəlxalq maliyyə qurumlarının, o cümlədən Səudiyyə İnkişaf Fondunun kreditlərindən istifadə edir. İndiyə qədər Fond ölkəmizdə su, yol, təhsil sahələrini əhatə edən 4 layihəyə güzəştli şərtlərlə maliyyə vəsaiti ayırıb. Bu gün isə Abşeron rayonu, Xırdalan şəhərinin sosial-iqtisadi inkişafına töhfə verəcək bir layihənin maliyyələşdirilməsi üzrə saziş imzalanacaq”.

Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan xalqını təbrik edən Səudiyyə İnkişaf Fondunun vitse-prezidenti və icraçı direktoru Yusif İbrahim Əl-Bassam Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirib: “Bu, Azərbaycana dördüncü səfərimdir. Ölkənizdə sürətli inkişafın şahidiyəm və şadam ki, infrastrukturun yaxşılaşdırılmasında Səudiyyə İnkişaf Fondunun da rolu var. Azərbaycandan yeni layihələrin maliyyələşdirilməsi ilə bağlı müraciətlər olsa, məmnunluqla onlara kredit ayıracağıq”.

Sonra Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə kredit sazişinin imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Səudiyyə İnkişaf Fondunun vitse-prezidenti və icraçı direktoru Y.İbrahim Əl-Bassam imzalayıblar.

Sazişə əsasən, Səudiyyə İnkişaf Fondu “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinə güzəştli şərtlərlə 35 milyon dollar kredit ayıracaq. Ümumi dəyəri 75 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirəcək.

Qeyd edək ki, “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 190 mindən artıq sakinin dayanıqlı içməli su ilə təmin edilməsinə hesablanıb. Layihə çərçivəsində

Xırdalan şəhərində ümumi tutumu 60 min kubmetr olan 3 ədəd su anbarı tikiləcək, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin etmək məqsədi ilə müxtəlif diametrli polietilen və polad borularla 178,5 km uzunluğunda su şəbəkəsi yaradılacaq, hər bir ünvana ev birləşməsi verilərək smart-kart sayğaclar quraşdırılacaq.

📷

azersu_1

📷

azersu_2

📷

azersu_3

📷

azersu_4

📷

azersu_5

 

 Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar.” (Müqəddəs Quran, “Hucurat” surəsi, 10-cu ayə).

Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585)).

Digər xəbərlər