Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri Bakıda birgə təlim keçəcək

Aprel 30
18:56 2015

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisini qəbul edib.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda səfərdə olan Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi, korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, Müdafiə naziri ölkələrimiz arasında hərbi texniki, hərbi təhsil əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Müxtəlif istiqamətlərə cavabdeh olan heyətin belə geniş tərkibdə, qarşılıqlı səfərləri və əlaqəli fəaliyyətlərinin əməkdaşlığımıza töhfə verməsi görüşdə xüsusi vurğulanıb.

İşğal edilmiş torpaqlarımızın azad edilməsinin nəinki Azərbaycan, həmçinin region üçün də əhəmiyyətli olduğunu bildirən nazir xalqın işğal faktı ilə barışmayacağını bir daha vurğulayıb.

“Xalqlarımızın məqsədi regionda sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz, gücümüz və inkişafımız birliyimizdədir. Təhlükəsizliyimizin qarantı olan Silahlı Qüvvələrimiz daim əlaqələri gücləndirməklə ümumi düşmənimizə qarşı birgə fəaliyyət göstərməlidir”, – deyə general-polkovnik Z.Həsənov bildirib.

Qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək qarşılıqlı hərbi münasibətlərin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyətini bir daha qeyd ediblər.

Görüşdə Quru Qoşunlarının may ayında Bakı və Naxçıvanda, sentyabr ayında isə Hərbi Hava Qüvvələrinin silah və texnikasının iştirakı ilə ölkəmizdə birgə hərbi təlimlərin keçirilməsi, o cümlədən ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də görüşdə iştirak edib.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər