Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb
İyun 12
16:46
2017
948 dəfə baxılıb
Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
Selefxeber.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatlar keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Təlimlər iyunun 16-dək davam edəcək.