“Azərbaycan xalqının yanındayıq” – İraq türkmənləri
786 dəfə baxılıb
İraqın Kərkük şəhərində yaşayan türkmənlər Ermənistan tərəfindən Azərbaycana edilən hücumları pisləyərək soydaşlarına dəstək verməyə hazır olduqlarını bildiriblər.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.
“İraq Türkmənləri hər zaman Türk dünyasının bir parçası olub və tarix boyu döyüşüb. Yüz il öncə bizim ulu babalarımız türk ordusu sıralarında Azərbaycan torpaqlarını müdafiə edərək şəhid olublar. Bu gün biz Azərbaycan xalqının və dövlətinin yanındayıq”, – deyə “Türkmən döyüşçülər birliyinin” rəhbəri Əhməd Yılmaz bildirib.
Təşkilatın üzvü Yunus Bayraktar Kərkükü İŞİD terror xəvaric qruplaşmasından qoruduqları kimi Azərbaycanın müdafiəsində də iştirak etməyə hazır olduqlarını bildirib: “Türkmən döyüşçüləri olaraq torpaqlarımızı burada qoruyuruq, lakin Azərbaycan torpağı uğrunda da şəhid olmağa hazırıq. Hər zaman azərbaycanlı soydaşlarımızın yanındayıq”.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))