Azərbaycan XİN həbs edilən İŞİD terror xəvaric qruplaşması ilə bağlı açıqlama verib
1. 155 dəfə baxılıb
“Türkiyə ərazisindən Suriyaya keçmək istəyərkən həbs olunan 4 azərbaycanlı ilə bağlı araşdırma aparılır”.
“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın Türkiyədəki diplomatları məsələni araşdırır: “Hazırda araşdırma aparılır. Bundan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”,-deyə XİN sözçüsü əlavə edib.
Qeyd edək ki, “İslam Dövləti” (İŞİD terror xəvaric qruplaşması ) qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd edən 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb. Onların bir ailənin üzvü olduğu bildirilir.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə İslam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən, intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.