Azərbaycan XİN-i Pakistandakı terror hücumunu qətiyyətlə pislədi
724 dəfə baxılıb
“Terrordan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini pisləyir”.
“Azərbaycan Respublikası terrorçuluğa qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzmlidir”. Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda törədilmiş terror aktı ilə əlaqədar bəyanatla çıxış edib.
“Sələf Xəbər” Apa-ya istinadən bildirir ki, XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublikası 16 dekabr tarixində Pakistanın Peşavər vilayətindəki məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumunu qəti şəkildə pisləyir:
“Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir. Terrorçuluqdan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq əsasında terrorçuluğa qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzmlidir”.
Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).