Azərbaycan yeni snayper silahını təqdim etdi – FOTO
1. 214 dəfə baxılıb
Bu gün Türkiyədə beynəlxalq müdafiə sənayesi sərgisi başlayır.
İDEF-2017 may ayının 12-dək Türkiyənin İstanbul şəhərində davam edəcək.
Selefxeber.az –ın İstipress-ə istinadən xəbərinə görə, sərgidə 156 ölkənin müdafiə naziri, 105 ölkənin müdafiə sənayesi naziri, 14 ölkənin müdafiə nazirinin müavini, 7 ölkənin müdafiə sənayesi katibi, 23 ölkədən Baş Qərargah rəisi, 11 ölkədən Quru Qoşunları Komandanı, 29 ölkədən Hərbi Hava Qüvvləri komandanı, 8 ölkədən Jandarma Baş komandanı olmaqla, ümumilikdə 156 ölkədən 353 rəsmi heyət dəvət olunub.
Sərgidə başda Türkiyə olmaqla, 61 ölkədən şirkət və dövlət müəssisələri iştirak edərək öz məhsullarını sərgiləyəcək. O cümlədən Azərbaycan.
Azərbaycanı sərgidə Müdafiə Sənayesi Nazirliyi təmsil edəcək. MSN artıq beşinci dəfədir, İDEF sərgisində təmsil olunur. Ötən gün müdafiə naziri Zakir Həsənov da sərgidə iştirak etmək üçün Türkiyəyə yola düşüb. Azərbaycan Müdafiə Sənyesi Nazirliyi (MSN) Türkiyədə keçirilən İDEF-2017 beynəlxalq müdafiə sərgisində “Vaşaq” adlı yeni snayper tüfəngini ilk dəfə nümayişə çıxarıb.
“AzeriDefence”nin məlumata görə, yeni snayper tüfəngi MSN-in stendində “Yalquzaq” və “Yırtıcı” snayper tüfəngləri ilə yanaşı yer alıb. Bu dəfəki sərgidə “İstiqlal” və “Mübariz” snayer tüfəngləri ilk dəfədir ki, yer almır.
Birkalibrli snayper tüfəngi olan “Vaşaq”da zərbə mexanizmini və lüləsini dəyişməklə iki fərqli kalibrdə patronla – 338 Lapua Magnum və 308 Win (7.62×51) patronlardan atəş açmaq imkanı mövcuddur.
Snayper tüfəngi müxtəlif optik nişangahlarla komplektləşdirilə bilir. Silah qatlanan və hündürlüyü tənzimlənən qundağa, ön hissədə ayağa sahibdir. Snayper tüfəngi tək-tək doldurma (bolt action) iş prinsipi ilə işləyir.