Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan zəvvarları həcci yerinə yetirdi

Oktyabr 08
15:22 2014

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, həccə gedən Azərbaycan zəvvarları bütün Həcc əməllərini yerinə yetiriblər.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın sözlərinə görə, bu gün Azərbaycan zəvvarlarının bir hissəsi Mədinəyə yola düşəcəklər.

Qeyd edək ki, Azərbaycan zəvvarları 67 qrupdan ibarətdir və onlar 5 hissəyə bölünüblər.

R.Dadaşova bildirib ki, Azərbaycan zəvvarlarının səhhətində ciddi problem yoxdur, adi soyuqdəymələr qeydə alınıb.

Xatırladaq ki, bu il Həcc ziyarətinə təxminən 3600 zəvvar yola düşüb. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edir.

Onların Vətənə dönüşü oktyabrın 11-15 tarixlərində nəzərdə tutulub.

“Kim Həcci Allah üçün, arvadına yaxınlaşmadan və heç bir günah və pis əməl etmədən yerinə yetirərsə, anadan doğulduğu kimi (günahsız olaraq) geri qayıdar.” (əl-Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər