Azərbaycan zəvvarlarının ilk qrupları yola salındı
927 dəfə baxılıb
“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, bu il Azərbaycandan Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupları yola düşüb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında ilkin mərhələdə 8 qrupdan ibarət 375 zəvvar yola salınıb. İlk reys bir təyyarədən ibarət olacaq.
Sabah saat 15:10-da növbəti qruplar yola düşəcək. Növbəti 8 qrupa 375 zəvvar daxildir.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, artıq Səudiyyə Ərəbistanında bütün təşkilati məsələlər həll olunub. Məkkə və Mədinədə bina və hotellər icarəyə götürülüb. Zəvvarların nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub. Gediş mərhələləri 23-28 sentyabr hər gün, qayıdış isə 11-15 oktyabr tarixlərinə hər gün olaraq nəzərdə tutulub. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.
Ziyarət iki variantda təşkil olunub. Yaxşı şəraitli hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Nisbətən zəif şəraitli hotellərdə qalan zəvvarlar üçün isə ümumi ziyarət xərci 3250 manatdır.
Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər və Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir.
Bu il Azərbaycanda Həcc ziyarətinə 4 minə yaxın zəvvarı getməsi nəzərdə tutulur.
“İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)