Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycana 1000 qutu arı gətirilib

Avqust 20
18:31 2014

Lent.az-nın Media təqib mərkəzinə istinadən məlumatına görə, Türkiyə İş Birliyi Agentliyi (TİKA) Azərbaycana min qutu arı gətirib. TİKA-nın bu layihəsinin məqsədi Azərbaycanda arıçılığın inkişafına töhfə vermək, Qafqaz arısı növünü inkişaf etdirmək və gənc arıçıları maarifləndirməkdir.

Arıçılıq layihəsi çərçivəsində Şəmkirdə və Gəncədə yaşayan əhaliyə 1000 qutu arı verilib. Azərbaycanda fəaliyyət göstərən Arıçılıq birliyi də aksiyaya dəstək verib. Eyni zamanda arıçılıqla məşğul olacaq vətəndaşlara dərslər və təlimlər keçirilib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 68-69-cu ayələr).

“Arılar – ən kiçik məxluqlardır ki, Allah onlara ən möcüzəli bir tərzdə doğru yol göstərir. O, onlara çiçək dolu çəmənliklərə uçub gəlməkdə və geriyə – Allahdan mənimsədikləri bilik və doğru təlim sayəsində abadlaşdırdıqları pətəklərinə yolu tapmaqda kömək edir. Arıların qarıncıqlarından müxtəlif rəngdə və çalarlarda, torpaq və çiçəklərdən asılı olan dadlı bal çıxır. Bu içki insanlara bir çox xəstəliklərdən şəfa verir. Bütün bunlar Uca Allahın Öz məxluqları barədə göstərdiyi qüsursuz qayğısının və Onun qullarına bəslədiyi kamil xeyirxahlığının dəlilləridir. Bu isə o deməkdir ki, qullar öz məhəbbətini tamamilə təkcə Ona həsr etməli və təkcə Ona kömək üçün dua etməlidirlər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər