Azərbaycana gələn əcnəbilərin “ASAN Viza” sistemindən istifadə etmə qaydası müəyyənləşib
990 dəfə baxılıb
Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Selefxeber.az “APA”-ya istinadən bildirir ki, dəyişiklik “Viza” altsistemi vasitəsilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi ilə əlaqədar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə (İAMAS) həyata keçirilən işlərlə bağlıdır.
Beləliklə, elektron viza verilməsi prosesində “ASAN Viza” sistemindən təqdim edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə-anket məlumatları və sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, habelə electron viza verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı məlumatlar real vaxt rejimində Xarici İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndəriləcək. Eyni zamanda “ASAN Viza” sistemi “Sərhədkeçməyə məhdudiyyət siyahısı” informasiya resursundan yalnız məlumat alan informasiya sistemi olacaq.