Azərbaycana gələn müsəlman turistlərin sayı artıb
997 dəfə baxılıb
“2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib”.
Selefxeber.az xəbər verir ki, “APA”-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov deyib. Onun sözlərinə görə, Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına töhfəsini verib.
“Körfəz ölkələri və Çin, Koreya, Yaponiya, Malayziya, Sinqapurla münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsiri göstərib. Bu ölkələrin əksəriyyətindən ölkəmizə gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib” – deyə, o qeyd edib.