Azərbaycana qaçan erməni müxalifətçi: Ermənistanda heç kim müharibə istəmir
623 dəfə baxılıb
“Seyran Ohanyan Müdafiə Nazirliyində heç bir məsələni həll etmir”.
“Ermənistanda heç kim müharibə istəmir. Əsasən də yaşlı nəsil, onlar iki xalqın necə dostluq etdiyini yaxşı xatırlayırlar. Bu, yüz ildən artıq sürən böyük dostluq idi”.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycandan siyasi sığınacaq istəyən “Daxili milli azadlıq hərəkatının” rəhbəri Vaan Emilyeviç Martirosyan bu gün Bakıda bildirib.
“Gənclərin vətənpərvərliyi yoxdur. Onlar orduda xidmət etməkdən qaçırlar. Orduda döyüşdən kənar itki çoxdur. Və hamı Ermənistan üçün bu müharibənin nə ilə sona çatacağını anlayır”, – Martirosyan bəyan edib.
Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin real rəhbəri Seyran Ohanyan deyil:
“Seyran Ohanyan Müdafiə Nazirliyində heç bir məsələni həll etmir, orada ondan heç nə asılı deyil, o sadəcə simadır. Müdafiə Naziriliyinə Baş qərərgahın rəisi Yuri Xaçaturov rəhbərlik edir.
Hamı ordudan yayınmağın və yaxud da Müdafiə Nazirliyinin idarələrindən hansısa birində rəis müavini olmağın neçəyə başa gəldiyini yaxşı bilir”.