Azərbaycanda 2 milyon 89 min 134 ton taxıl istehsal olunub
İyul 22
11:11
2014
944 dəfə baxılıb
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iyulun 14-nə olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) 2014-cü ilin məhsulu üçün biçiləcək 963255 hektar sahənin 912875 hektarı (94,8 faiz) biçilib, 2089134 ton taxıl istehsal olunub.
İstehsal edilən taxılın 1388596 tonunu buğda təşkil edir. Hər hektardan məhsuldarlıq 24,1 sentner olub.
Uca Allah buyurur: “Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.”(Müqəddəs Quran, “Ya sin” surəsi, 33-cü ayə)