Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda 20 nəfərədək məhkum işlə təmin olunub

Oktyabr 27
18:48 2014

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu sahədə həyata keçirilən növbəti tədbir Penitensiar Xidmətin Müalicə müəssisəsində yaradılan müasir tipli avadanlıqlarla təchiz edilmiş plastik qapı və pəncərə istehsalı sahəsinin fəaliyyətə başlaması olub. İki sexdən ibarət, müxtəlif sifarişlərin yerinə yetirilməsi imkanına malik istehsalat sahəsində 20 nəfərədək məhkum işlə təmin olunub.

Cəza çəkənlərin haqqı ödənilən ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində fəaliyyətin genişləndirilməsi məqsədi ilə Penitensiar Xidmət tərəfindən yaxın gələcəkdə yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

 Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).” (Müqəddəs Quran, “Hud” surəsi, 6-cı ayə).

“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizəolunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər