Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Oktyabr 13
15:37
2015
627 dəfə baxılıb
Azərbaycanda zəlzələ baş verib.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 13 oktyabr 2015-ci il tarixində Bakı vaxtı ilə saat 05:13-də Şəki şəhərindən 30 km cənub-şərqdə Oğuz rayonu ərazisində, 15 km dərinlikdə 4 maqnituda gücündə zəlzələ qeydə alınıb. İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.
Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Sələf Xəbər: Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz”. (əl-Buxari)