Azərbaycanda 4 terrorçu məhv edilib
1. 745 dəfə baxılıb
Bakıda Azərbaycanda terror aktları törətməyə hazırlaşan şəxslər zərərsizləşdirilib.
Selefxeber.az-ın məlumatına görə, bu barədə APA-ya Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib. Təxirəsalınmaz tədbirlər nəticəsində dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q. Dəmirovun, “Əbdülxalid” ləqəbli F. Sadıqovun, T. Alməmmədovun və “Abdullah” ləqəbli S. Məmmədovun tutulması üçün bu il yanvarın 31-də xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı qrup üzvlərindən M. Ulubəyov, T. Alməmmədov, Q. Dəmirov və S. Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib:
“Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə dindarlar belə işlərdən (terror aktlarından) məmnun ola bilməzlər. Çünki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir. Ancaq ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar.
Elm tələbələrinə vacibdir ki, bu yolun xəvariclərin iyrənc yolu olduğunu insanlara izah etsinlər.”
(“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).