Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib

Sentyabr 29
10:09 2014

“Sələf Xəbər” bildirir ki, bu gün yerli vaxtla saat 06:38-də Qəbələ şəhərindən 22 km şimali-şərqdə zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələ, episentrdə 6 bal gücündə, Qəbələdə 5 bal və Respublikanın əksər rayonlarında 4 – 3 bal gücündə hiss olunub. İnsan tələfatı yoxdur.

 Sələf Xəbər: Bir dəfə Ənas bin Malik bir kişi ilə birgə Aişənin yanına gəldilər. Kişi soruşdu: “Möminlərin anası bizə zəlzələ haqqında danış”. O dedi: “İnsanlar zinanı halal gördükdə, sərxoş edən içkilər içdikdə və çalğı alətlərində oynadıqda Qüdrətli və İzzətli Allah səmasında qəzəblənəcək və yerə deyəcək: “Onları silkələ”. Əgər onlar tövbə edib bu əməlləri tərk etməsələr yer onları udar”. Kişi soruşdu: “Ey möminlərin anası, bu onlar üçün cəza olacaq?”. O cavab verdi: “Şübhəsiz, bu möminlər üçün xəbərdarlıq və rəhmət, lakin kafirlər üçün cəza, əzab və qəzəb nümunəsi olacaq”. Ənas dedi: “Allah Rəsulunun hədislərindən sonra heç bir rəvayət bunun kimi məndə sevinc doğurmamışdı”. (“Dərd və Dəva”. İbn əl-Qeyyim).

Allah ölkəmizi qorusun!

Digər xəbərlər