Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda 685 uşaq valideynsiz böyüyür

Avqust 21
17:36 2014

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında bildirib ki, son illər valideyn himayəsindən məhrum olmuş uşaqların sayında azalma müşahidə olunur.

Statistikaya görə, 2001-ci ildə valideyn himayəsindən məhrum olan uşaqların sayı 2484 nəfər, 2006-cı ildə 2441 nəfər, 2012-ci ildə 976 nəfər, 2013-cü ildə 757 nəfər olub.

Elgün Səfərovun sözlərinə görə, bu il bu rəqəm 685-dir: “Göründüyü kimi, azalma müşahidə olunur. Ancaq azalma olsa da, biz bu sayın baş vermə səbəblərini araşdırırıq”.

Uşaqların tərk edilmə səbəbləri müxtəlifdir.Araşdırmalar göstərir ki, dövlət himayəsində olan uşaqların əksəriyyəti
qeyr-rəsmi nikahdan doğulub. Bəzi hallarda valideynlərin uşaqlardan imtina etməsinə səbəb onların fiziki qüsurla doğulmasıdır. Boşandıqdan sonra övladlarını tərk edənlər də az deyil.

“Hazırda müvafiq qanun layihəsi hazırlanır. Bir neçə qanunda da dəyişiklik ediləcəyi planlaşdırılır. Çalışacağıq ki, uşağa qarşı məsuliyyətsizlik edən valideynlərə 20 manatdan 40 manatadək olan cəriməni artıraq”, komitə rəsmisi bildirib.

Komitə regionlarda tək analarla əməkdaşlıq edir. Belə ki, onların uşaqları üçün pulsuz uşaq bağçaları təşkil edilir. Həmçinin kasıb ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə 200-300 manat məbləğdə əmək haqqı olan işlə təmin edilir. E.Səfərov gələcəkdə bu istiqamətdə nəzarətin daha da gücləndiriləcəyini əlavə edib.

Digər xəbərlər