Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda Atom Elektrik Stansiyası tikiləcək

Sentyabr 29
15:40 2014

“Sələf Xəbər” olke.az saytına istinadən xəbər verir ki, Azərbaycanda Atom Elektrik Stansiyası tikilə bilər.

Bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bəyan edib. Azərbaycanda tədqiqat nüvə reaktorunun açılışından sonra, atom elektrik stansiyasının tikilmə imkanları da araşdırılacaq.

“İlk növbədə tədqiqatların aparılması üçün xüsusi reaktorun quraşdırılması planlaşdırılır. Bunun davamı olaraq AES-nın yaradılması məsələləri öyrəniləcək”, – o deyib.

Qeyd edək ki, Bakıda AES hələ keçən əsrin 80-ci illərində tikilməli idi, amma SSRİ-nin süqutu bu prosesi dondurdu.

Digər xəbərlər