Azərbaycanda dini qurumlara yeni tələblər irəli sürülüb
Sentyabr 19
19:32
2014
2. 256 dəfə baxılıb
“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, dini qurumların dövlət qeydiyyatında dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan Nazirlər Kabinetinin “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda öz əksini tapıb.
Bundan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən buraxılan “Cəmiyyət və din” qəzetində dini qurumların dövlət qeydiyyatı haqqında məlumat dərc olunmalıdır.
Qeyd edək ki, Azərbaycanda dini qurumların dövlət reyestri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır.