Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda Dinşünaslıq komissiyası yaradıldı

Oktyabr 21
18:27 2014

“Sələf Xəbər” lent.az-a istinadən bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında fəaliyyət göstərəcək Dinşünaslıq üzrə Komissiyanın yaradılması ilə bağlı tədbir keçirilib.

Komitədən Lent.az-a verilən məlumata görə, iclas dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, səmərəli dini maarifləndirmənin aparılması, dini radikalizmə qarşı mübarizədə effektivliyin artırılması məqsədilə keçirilib.

İclasda tanınmış ilahiyyatçılar, dinşünaslar və ölkədəki müxtəlif dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Komitə sədri Mübariz Qurbanlı Komissiyanın əsas məqsədləri barədə məlumat verib. M.Qurbanlı dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının nəzdində ictimai əsaslarla komissiyaların yaradıldığını və bu cür komissiyaların beyin mərkəzi kimi fəaliyyət göstərdiyini qeyd edib.

Dinşünaslıq üzrə Komissiyanın Əsasnaməsinin layihəsi ilə tanışlıqdan sonra tədbirə dəvət olunmuş alimlər fikir və təkliflərini bildiriblər. Komissiyanın yaradılmasını yüksək dəyərləndirən alimlər onun fəaliyyətinin ölkədəki dini duruma və maarifləndirmə prosesinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

“Hər kim elm öyrənmək üçün müəyyən bir yola çıxarsa Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Mələklər elm tələbəsinin bu əməlindən xoş olduqları üçün qanadlarını onun üzərinə açarlar. Göylərdə və yerdə olan hər bir şey onun üçün bağışlanma diləyər” Əbu Davud 3641, Tirmizi 2683.

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər