Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda doğum statistikası

İyul 17
17:57 2014

bizimyol.info Dövlət Statistika Komitəsinə (DSK) istinadən cari ilin ilk 5 ayının doğum statistikasını oxuculara təqdim edib.

Statistikaya əsasən, bu dövrdə 67,3 min körpə (hər gün orta hesabla 445 körpə) dünyaya gəlib. Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,3 olub.

Körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qızdır. Hesabat dövründə 1150 əkiz və 30 üçəm doğulub.

Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür, bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.

 Sələf Xəbər: Bilmək lazımdır ki, xalqın çoxsaylı olması – onun gücüdür. Buna görə Şueyb peyğəmbər (Allahın ona salamı olsun) öz xalqına belə dedi: “Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı.” (Müqəddəs Quran, “Əraf” surəsi, 86-cı ayə).

Məhz buna görə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlmanları çoxuşaqlı ailələr sahib olmağa həvəsləndirirdi: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm” (Əbu Davud).

Xalqın çoxluğu həmçinin Uca Allahın bizə verdiyi nemətlərdən biridir. Buna görə, Uca Allah İsrail oğullarına bəxş etdiyi nemətləri sadalayaraq buyurur: “Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.” (Müqəddəs Quran, “İsra” surəsi, 6-cı ayə).

Digər xəbərlər