Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda əlillər 18 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub

Oktyabr 10
19:58 2014

“Sələf Xəbər”Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi saytına istinadən xəbər verir ki, Nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzi cari ilin 9 ayında 569 nəfər əlilliyi olan şəxsi əlil arabası ilə təmin edib.

Bu müddətdə mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 671 ədəd aşağı ətraf və 102 ədəd yuxarı ətraf protezləri, 238 ədəd ortez-korset, 224 ədəd döş protezi, 569 cüt qoltuqaltı, 824 ədəd əsa, 1219 cüt ortopedik ayaqqabı, 369 ədəd eşitmə aparatı və s. ilə təmin ediliblər.

Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslər müxtəlif növlərdə 18 044 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.

Eyni zamanda, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqadalar tərəfindən hesabat dövründə 20-dək rayon üzrə ayrı-ayrı əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında bütün növ amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş belə şəxslərə isə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s. üzrə bərpa-müalicə işi yerinə yetirilir. Bu stasionarlarda cari ilin 9 ayında 524 nəfər əlilliyi olan şəxs müvafiq xidmətlərlə təmin edilib.

“Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar.” (Muslim 4\ 2074\ № 2699).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər