Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda əllilərə səyyar protez-ortopedik bərpa xidməti göstərilir

Sentyabr 03
17:47 2014

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, respublikanın regionlarında yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti ölkənin şimal rayonlarında öz işini davam etdirəcək.

Bununla da ölkənin şimal rayonlarında yaşayan belə şəxslərin protez-ortopediya məmulatları ilə təmin edilmək üçün paytaxt Bakıya gəlmələrinə ehtiyac qalmayacaq. Nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqadası sentyabrın 11-də Xızı, Siyəzən, Şabran və Xaçmaz, sentyabrın 12-də isə Quba və Qusar rayonlarının əlilliyi olan sakinlərinə xidmət göstərəcək.

Qeyd olunan rayonlar üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidməti göstəriləcək 242 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın qeydiyyatı aparılıb.

Həmin şəxslər lazım gəldikdə müxtəlif reabilitasiya vasitələri ilə də təmin ediləcəklər. Qeyd edək ki, 2013-cü ilin dekabr ayında ƏƏSMN üzrə müvafiq əmrə əsasən yaradılmış səyyar tibbi-texniki briqadalar bu vaxta qədər 20 rayon üzrə
350 nəfərdən çox əlil şəxsi və sağlamlıq imkanları məhdud uşağı səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.

Digər xəbərlər