Azərbaycanda ətə və ət məhsullarına tələbat artır
1. 137 dəfə baxılıb
Davamlı İnkişafın Tədqiqi Mərkəzinin sədri Nəriman Ağayev “Exo” qəzetinə müsahibəsində Azərbaycanda ilbəil ət istehlakının artdığını qeyd edib. Bu faktı yalnız əhalinin say artımı ilə bağlamaq olmaz, bu həm də mövsüm amilləri ilə əlaqədardır.
Ekspert qeyd edib ki, Azərbaycan heç bir zaman digər ölkələrə ət çatdırmayıb. “Ət və süd məhsulları, o cümlədən yağı biz öz əhalimizə çatdırırıq. Bununla yanaşı biz Hindistandan camış əti gətiririk. Eləcə də Avstraliyadan, Dağıstan, Braziliya və məhdud sayda Argentinadan ət gətirilir”.
Bununla yanaşı inkişaf etmiş ölkələrdə əhalinin gəlirinin artmasına səbəb dünyada ət istehsalının sürətlə artmasıdır. Bu nəticəyə istehsalat və kənd təsərrüfatı təşkilatları (FAO) və iqtisadi əməkdaşlıq və inkişaf
təşkilatları (İƏİT) analitiklərinin qarşıdakı on il üçün hazırladıqları qlobal aqrobazarın inkişafı barədə məruzədə gəliblər.
“Azərbaycan vətəndaşları digər ölkələrin əhalisindən seçilmir, və gəlir artdıqca ətə olan tələbat da artır”, – ekspert deyib.Dünyanın bir çox ölkələrində bir nəfər gün ərzində 100 qram zülal istifadə edir. Azərbaycanda bu göstərici 75 qramdır.
Bu barədə daha öncə APA-ya Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov də bildirmişdi.“Bu, normal deyil, ona görə də ölkədə ət istehsalını artırmaq lazımdır”, – o vurğulayıb.
Ç. Fərəcovun sözlərinə görə, Azərbaycanda 2012-ci ildə 117 min ton mal əti, 80 min ton qoyun əti, 87 min tondan çox quş əti istehsal edilib. O qeyd edib ki, ümumdünya səhiyyə normalarına görə orta hesabla insan ildə 73 kq ət istehlak etməlidir. “Amma Azərbaycanda minimal istehlak səbətinə müvafiq olaraq bir nəfər 20,5 kq ət istifadə edir. Ona görə də biz ət istehlakı göstəricisinin yüksəldilməsi üçün çalışmalıyıq”, – Ç.Fərəcov əlavə edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Bəzilərini minəsiniz, bəzilərindən də yeyəsiniz deyə, heyvanları sizin üçün yaradan Allahdır.” (Müqəddəs Quran, “Ğafir” surəsi, 79-cu ayə).
“Bu, Uca Allahın çoxsaylı nemətlərindən biridir. Siz ev heyvanlarının bir qismini nəqliyyat vasitəsi kimi istifadə edirsiniz, digər qismini isə qida məhsulu kimi yeyirsiniz, başqa bir qismi də sizə ləzzətli süd verir. Heyvanların dərisi və yunu sayəsində siz özünüzə istilik və rahatlıq yaradırsınız. Onlardan ev əşyaları hazırlayırsınız. Bir sözlə, ev heyvanları sizə çoxlu fayda gətirir.” (Bax “Təfsir Əs-Saadi”).