Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək – XƏBƏRDARLIQ

İyul 08
18:04 2016

Şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan rayonlarında hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Oxu.Az-ın departamentə istinadən yaydığı məlumata görə, iyulun 9-da Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 9-u axşamdan iyulun 12-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Sələf Xəbər: Uca Allah buyurur: “Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri (istədiyi səmtə) yönəltməsində düşüncəli insanlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Casiyə” surəsi, 5-ci ayə)

Digər xəbərlər