Azərbaycanda hərbi sirrə nəzarət güclənir
859 dəfə baxılıb
“Sələf Xəbər” AzərTAc-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında sərəncam imzalayıb.
Sərəncamın məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zonada) təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların, eləcə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaqdır.
Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Müdafiə Nazirliyi, Müdafiə məsələləri üzrə əlaqələndirmə şuralarına, Azərbaycan Mətbuat Şurasına sərəncamdan irəli gələn müvafiq tapşırıqlar verilib.