Azərbaycanda insan ayağı dəyməyən yerdə 7 şəlalə tapıldı – VİDEO
1. 477 dəfə baxılıb
Araşdırmaçı Cəlaləddin Qasımov çətin dağ keçidlərindən, sıldırımlı yollardan keçərək bu əsrarəngiz təbiət möcüzəsini aşkarlayıb. Kənd ağsaqqalları burada bir şəlalənin olduğunu eşitdiklərini desələr də araşdırmaçı ucqar dağ kəndində 100 metrlik məsafədə 7 şəlalə görüb.
“Sələf Xəbər” XəzərXəbər.com-a istinadən məlumat verir ki, insan ayağı dəyməyən məkan Tovuz rayonunun Çobansıxnaq kəndinin yaxınlığında yerləşir.
Cəlaləddin Qasımovun sözlərinə görə, şəlalənin ən hündürü 35, ən kiçiyi isə 10 metrdən tökülür. Çətinliklə dərələrdən adlayan, insan ayağı dəyməyən dolaylardan keçən Cəlaləddin Qasımov 25 kilometrdən çox piyada yol qət edərək bu gözəl məkana qovuşub.
Şəlalə yerləşən hissə sıldırım qayalıqlarla əhatələndiyindən demək olar ki, buraya insan ayağı dəyməyib. Elə yerli sakinlər də illərdi kəndin ərazisində olan bu təbiət gözəlliyindən xəbərsiz olublar. Hündür qayalıqlardan axıb gələn su hazırkı Zəyəm çayına tökülür. Həm yerli,həm xarici turistlərin diqqətini çəkə biləcək Çobansıxnaqdakı bu məkan gələcəkdə kənd turizminin inkişafında böyük pay sahibi ola bilər.
Sələf Xəbər: Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”. (Qurani-Kərim, “Əraf” surəsi, 54-cü ayə)