Azərbaycanda keçmiş “İŞİD”-çi həbs edilib
1. 465 dəfə baxılıb
“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi məlumata görə, Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib.
1988-ci il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Maarif İrşad oğlu 9 ay Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edib. O, Suriyadan Türkiyəyə, oradan isə Azərbaycana gələrkən Gəncə hava limanında həbs edilib.
M. Mərdanova qarşı Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
Qeyd edək ki, bu gün hüquq müdafiəçisi Elçin Behbudov da M. Mərdanovla görüşüb. E. Behbudov APA-ya deyib ki, M. Mərdanov saxlanma şəraitindən və onunla rəftardan razılığını ifadə edib.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbadda (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”