Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda mal-qara arasında virus yayıldı

Avqust 28
18:10 2014

“Sələf Xəbər Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda iribuynuzlu mal-qara arasında yayılmış “Nodulyar dermatit” virus xəstəliyinin qarşısının alınması üzrə tədbirlər gücləndirilib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Trend-ə bildirdiyinə görə, iribuynuzlu mal-qara arasında təxminən bir ay əvvəl yayılmış virus artıq Azərbaycanın 10 rayonunun ərazisində qeydə alınıb.

T.Xanvəli qeyd edib ki, əldə olunan məlumata görə, indiyədək 1600 başdan çox iribuynuzlu mal-qaranın yoluxması halı təsdiqlənib, 11 heyvan tələf olub: “Səmərəli müalicə-profilaktika tədbirləri nəticəsində getdikcə daha çox yoluxmuş heyvanın sağaldığı müşahidə olunur.”

Onun sözlərinə görə, anomal istilərin davam edəcəyi halda Azərbaycan ərazisində xəstəliyin yayılma ehtimalı kifayət qədər yüksək olaraq qalır: “Hazırda Bakıda və paytaxt ətrafında virusun aşkar olunması və yayılması qeydə alınmayıb. Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən, xəstəliyin yayıldığı rayonlardan bazarlara mal-qaranın gətirilməsi dayandırılıb”.

Digər xəbərlər