Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda meyitdən orqan köçürülməsi mümkün olacaq

Yanvar 19
16:24 2017

Azərbaycanda meyitdən orqan köçürülməsinin tətbiqinə bu il və ya gələn il ərzində nail olmaq mümkün olacaq.

Selefxeber.az-ın “Trend“-ə istinadən məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib. M.Quliyev qeyd edib ki, bununla bağlı artıq işlər aparılır. Deputatın fikrincə, Azərbaycanda elektron səhiyyənin tətbiqi meyitdən orqan köçürülməsinin reallaşmasını asanlaşdıracaq:

“Əgər vəfat edən şəxs sağlığında öldükdən sonra orqanlarının köçürülməsinə razılığının olması barədə vəsiyyətnamə qoyubsa, artıq xəstənin yaxınlarını köçürmə üçün axtarmaq lazım deyil. Çünki meyitdən orqan götürülməsi qısa vaxt ərzində – bir neçə saat ərzində baş tutmalıdır. Elektron səhiyyə donorun sağlığında notarial qaydada razılığının olub-olmamasını tez bir zamanda müəyyən etməyə kömək edəcək. Eyni zamanda, elektron səhiyyə sayəsində orqanları götürülən donorun qan qrupu, orqanın immunitet xüsusiyyətləri, onu kimin orqanizminə köçürməyin mümkünlüyü barədə operativ məlumat əldə etmək mümkün olacaq”.

Xatlrladaq ki, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna əsasən, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.

Sələf Xəbər: Muhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa çarəsi olmayan heç bir xəstəlik verməyib!” (İbn Macə).

Digər xəbərlər