Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda nurçuların cinayət işinin istintaqı başa çatıb

Oktyabr 14
22:01 2014

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Azərbaycanda saxlanılan nurçu təriqətinin ardıcıllarının cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İbtidai istintaqın tamamlanması vəkillərə elan olunub və onlar cinayət işinin materialları ilə tanış olmağa başlayıblar.

Qeyd edək ki, bu ilin aprelində hüquq-mühafizə orqanlarının paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində keçirdiyi axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.

Saxlanılan şəxslərin bir hissəsindən izahatı alınıb və sərbəst buraxılıblar.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Lakin sonradan onların barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinirlər.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir, onlardan yalnız biri – Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir”. Səhabələr soruşdu: “Kimdir onlar?!” O da cavabında: “Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir” (Əhməd).

XX-ci əsrin məşhur sünnə alimi, mərhum şeyx Albani (Allah ona rəhmət etsin) deyirdi: “Sələf dəvətinin əsası üç sütun üzərindədir: Müqəddəs Quran, Səhih Sünnə və bu iki sütunun sələflərdən olan səhabələrin, onların ardıcıllarının və onları təqib edənlərin fəhminə müvafiq olaraq başa düşülməsi. Günümüzdəki və ya əvvəlki firqələrin zəlalətə düşməsi səbəbi məhz üçüncü sütunun tərk olunmasındadır!” (Bax “Məcəllə əl-Əsələ” № 23).

Digər xəbərlər