Warning: Declaration of My_Walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home/sxeberaz/public_html/wp-content/themes/sx/functions/other.php on line 110
Azərbaycanda pensiya yaşı artırıldı | Sələf Xəbər

Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda pensiya yaşı artırıldı

May 02
17:25 2017

Prezident İlham Əliyev (Allah onu qorusun) “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Selefxeber.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, qanuna dəyişikliklər bu il martın 10-da Milli Məclis tərəfindən qəbul edilib.

Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.

“Əmək pensiyaları haqqında” qanunda edilən dəyişikliklərə əsasən, Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq.

Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay, qadınlar üçün isə 2027-ci ilə qədər hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Digər xəbərlər