“Azərbaycanda peşə hazırlığına böyük ehtiyac var” – Prezident İlham Əliyev (Allah onu qorusun)
1. 129 dəfə baxılıb
Peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir.
Selefxeber.az-ın “Eurasiadiary.az”a istinadən məlumatına görə, bunu prezident İlham Əliyev (Allah onu qorusun) bu gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Dövlət başçısı bu prosesin iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalı olduğunu qeyd edib: “Biz iqtisadi inkişafımızı planlaşdırırıq. Bizim regional inkişaf proqramlarımız dərc olunur. Yəni, biz öz beşillik fəaliyyət planımızı tərtib edirik və eyni zamanda, sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı buna uyğun şəkildə aparılmalıdır. Nə qədər və hansı istiqamətdə peşə məktəbləri olmalıdır? Kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük ehtiyac var, çünki bu sahələr bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək”.
Prezident İlham Əliyev (Allah onu qorusun) kənd təsərrüfatı mütəxəssisləri peşələri üzrə kadrlar hazırlanmalı olduğunu vurğulayıb: “Bildiyimə görə, burada müəyyən qıtlıq yaşanır və biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük dərəcədə yaxşılaşacaq. Bu istiqamətdə işlər keçən il görülüb və bu il də davam edəcək”.