Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda pilotsuz uçan aparatlardan istifadəyə icazə verildi

May 17
17:40 2016

Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazə əsasında mülki dövriyyədə olmasına icazə verilib.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasının gündəliyinə daxil edilən “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda siyahıda 17 adda məhsul və avadanlığın adı var. Təklif edilən dəyişikliyə əsasən isə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçan aparatların adı daxil edilir. Bununla da siyahıda qeyd olunan məhsul və avadanlıqların sayı 18-ə çatır.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər