Azərbaycanda seysmoloji aktivlik artıb
1. 078 dəfə baxılıb
“Dünəndən indiyədək ölkənin təxminən 10 rayonunda zəif təkanlar olub”.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi ölkənin bəzi ərazilərində seysmoloji aktivliyin artmasına münasibət bildirib.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli bildirib ki, dünəndən indiyədək ölkənin təxminən 10 rayonunda zəif təkanlar olub. Bu gün isə gün ərzində 3 zəlzələ qeydə alınıb. Lakin bu hallar narahatedici deyil: “Müəyyən dövrlərdə zəif təkanlar da, güclü təkanlar da olur. Belə təkanlar olmalıdır, bunlar çox qorxulu deyil”.
Qeyd edək ki, bu gün Xəzərin Azərbaycan sektorunda, Şəmkirdə və Qəbələdə zəlzələlər baş verib. Bunlar arasında nisbətən güclüsü Şəmkirdə baş verən zəlzələ olub. Burada zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 2-3 bala qədər hiss olunub.
Sələf Xəbər: Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyirdi: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz”. (əl-Buxari)