Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda stasionar müalicəyə daxil olan xəstələrin qeydiyyatı təkmilləşdiriləcək

Dekabr 20
19:27 2014

“Sələf Xəbər”-in Trend-ə istinadən verdiyi məlumata görə, gələn il yanvarın 1-dən tibb müəssisəsinə müraciət edən vətəndaşların qeydiyyatı yalnız müvafiq olaraq “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin “Xəstələrin qəbulu və hospitalizasiyadan imtinanın qeydiyyatı jurnalı” moduluna və “Nümunəvi Tibbi İnformasiya Sistemi”nə daxil ediləcək. Bununla yanaşı, gün ərzində daxil olan məlumatın çap edilərək arxivləşdirilməsi də təmin ediləcəkdir.

Bu məqsədlə artıq müvafiq tibbi heyətə təlimlərin keçirilməsinə başlanılıb. Təlimlər dekabrın 25-də yekunlaşacaq.

Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən həyata keçiriləcək.

 Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)

Digər xəbərlər