Azərbaycanda tədris ilinin müddəti artırıldı
Sentyabr 02
14:24
2015
788 dəfə baxılıb
Bu ildən Azərbaycanın orta və ali məktəblərində tədris ilinin müddəti uzadılacaq.
“Sələf Xəbər” APA TV-yə istinadən bildirir ki, bunu proqrama qonaq olan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, yeni tədris ilindən başlayaraq şagird və tələbələr iki həftə artıq tədris alacaq. Belə ki, bu ildən etibarən tədris ili mayın 31-də deyil, iyunun 14-də başa çatacaq. Bunu etməkdə əsas məqsəd tədris yükünün azaldılması və şagird, tələbələrin öz üzərində işləməsi üçün daha çox vaxta sahib olmalarıdır.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)