Azərbaycanda uşağın cinsinin planlaşdırılması qadağan olunur
2. 663 dəfə baxılıb
Azərbaycanda köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılması qadağan olunur.
Selefxeber.az-ın məlumatına görə, “Report” xəbər verir ki, yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin 12-ci (Sonsuzluğun müalicəsi hüququ) maddəsində əskini tapıb.
Maddəyə əsasən, sonsuzluğun müalicəsi məqsədilə vətəndaşların tətbiqi qadağan edilməyən, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun bütün növlərinin müalicəsi hüququ, köməkçi reproduktiv texnologiyaların mahiyyəti, səmərəliliyi, onların tətbiqinin optimal müddəti, tibbi və hüquqi nəticələri, mümkün ağırlaşmalar, həmçinin sonsuzluğun müalicəsinin digər üsulları barədə informasiya əldə etmək hüququ var.
Qanun layihəsində qeyd olunub ki, cins ilə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.
Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
Sələf Xəbər: Xatırladaq ki, İslam, müsəlmanları böyük ailələrə sahib olmağa həvəsləndirir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz ümmətinə bunu əmr edir: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm” (Əbu Davud 2050).
Qeyd etmək lazımdır ki, abort – qətldən başqa bir şey deyildir, bu da ən böyük günahlardan biridir. Müasir insanın həyat tərzi ona böyük ailə saxlamaqda müəyyən çətinliklər yaradır, əksər qadınların abort etməsinin başlıca səbəbi də elə budur. Abort İslamın mənəvi etikasına ziddir və insanın Uca Allaha imanının zəifliyindən xəbər verir, halbuki, Allah yoxsulluq qorxusu ilə abort etməyi qadağan edib: “Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.” (Müqəddəs Quran, “İsra” surəsi, 31-ci ayə).
Buna görə, büdcəsini düşünərək abort edənlər, ilk növbədə, Allahın bu vədinin doğruluğuna şübhə edir. Lakin, qeyd etmək lazımdır ki, Allahın bizə göndərdiyi mükəmməl dinimizdə insanın rastlaşa biləcəyi bütün hallar xırdalıqları ilə nəzərə alıb. Axı qadının tibbi göstərişlərə və ya başqa üzrlü səbəblərə görə abort etməyə məcbur olduğu hallar var.
Quranın və səhih Sünnənin mətnlərini öyrənib, Səudiyyə Ərəbistan Krallığının daimi komitəsinin alimləri fətva veriblər:
“Hamiləlikdə əsas odur ki, başqa şəriət səbəbi yoxdursa, qadının hamiləliyin istənilən mərhələsində abort etməsi qadağandır. Əgər döl laxta mərhələsindədirsə, bu qırx və daha az olan müddətdir, və abortda şəriət cəhətdən xeyir və ya ziyanın qarşısını almaq niyyəti varsa, onda bu mərhələdə abort etmək icazəlidir. Buna səbəb uşağı tərbiyə etməkdə çətinliklər qorxusu, və ya uşağı saxlamaq üçün maddi imkanın olmamağı, və ya uşaqların müəyyən sayı ilə məhdudlaşmaq və s. qeyri-şəriət səbəbləri olmamalıdır. Qırx günü keçmiş hamiləliyin müddətinə gəlincə isə, abort etmək qadağandır, çünki qırx gündən sonra o bədənə çevriləcək və insanın yaranmasının ilk mərhələsində olacaq. Etibarlı həkimlərdən ibarət komitənin qərarına görə, hamiləliyin davam etməsinin ananın həyatı üçün təhlükə olması və onun ölməsi ilə nəticələnə bilməsi ehtimalı olduğu hallar istisna olmaqla, bu dövrdə abort etmək olmaz” (Bax “Fətava əl-Ləcnə” 21/450).