Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda uşaqlara daha çox bu dini adlar verilib

Aprel 21
17:47 2016

Son beş il ərzində Azərbaycanda doğulan körpələrə verilən adlar arasında dini adlar üstünlük təşkil edib.

“Sələf Xəbər” Avropa.infoya istinadən məlumat verir ki, Ədliyyə Nazirliyi son beş ildə ölkədə doğulan uşaqlara daha çox verilən dini adları təqdim edib.

Beş ildə dünyaya gələn oğlan uşaqlarından 17 418-nə Yusif adı verilib.

Son beş ildə verilən adlar arasında Zəhra (16 676), Fatimə (12014), Hüseyn (11 992), Əli (11 783), Zeynəb (7 859), Ömər (7 620), Məhəmməd (7 495), Xədicə (6 197), Məryəm (5 649), İbrahim (4 962), Amin (2 554), Adəm (1 361), Həsən (3 558), İsmayıl (3 296), Mehdi (2 310), Aişə (1 579) kimi adlar üstünlük təşkil edib.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Həqiqətən, Qiyamət günündə öz adınız və atalarınızın adı ilə çağırılacaqsınız. Bu baxımdan uşaqlarınıza gözəl adlar qoymağınız məsləhətdir”. (Əbu Davud, Ədəb, 61)

Digər xəbərlər