Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda xarici ölkələrdən gəlmiş nə qədər qaçqın var?

Oktyabr 09
18:38 2015

Azərbaycana xarici ölkələrdən gəlmiş qaçqın və sığınacaq axtaran şəxslərin sayı açıqlanıb.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 66-cı sessiyasında çıxışı zamanı deyib ki, Azərbaycan digər ölkələrdən gəlmiş 1500-dən artıq qaçqın və sığınacaq axtaran şəxsə ev sahibliyi edir.

“Bu şəxslərin, təqribən yarısı Əfqanıstandan Azərbaycana gəlib. Həmin şəxslər üçün davamlı həll yollarının müəyyənləşdirilməsi və tətbiq olunması məqsədilə Azərbaycan Hökuməti BMT Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) ilə sıx əməkdaşlıq şəraitində məqsədyönlü iş aparır.

BMT QAK-ın və Dövlət Miqrasiya Xidmətinin birgə təşəbbüsü ilə əlavə himayənin tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyində müvafiq dəyişiklik edilməsi üçün prosedur artıq başlanıb. Azərbaycan Respublikasında indiki dövrdə əlavə himayə imkanından yararlanacaq potensial şəxslər məhz Əfqanıstan vətəndaşlarıdır”, – deyə bildirib.

Sələf Xəbər: Uca Allah buyurur: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 215-ci ayə)

Digər xəbərlər